Xəzər Xəbər

Alimlərdən xəbərdarlıq: Telefona baxmaq ömrü qısaldır

Cəmiyyət | 11:23 • 12 İyun 2022
Alimlərdən xəbərdarlıq: Telefona baxmaq ömrü qısaldır

Alimlər telefona baxmağın ömrü qısaltdığını deyib.
 
ABŞ-da Buck İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir.

Mütəxəssislər meyvə milçəkləri üzərində apardıqları araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər. Mütəxəssislər belə işıqların insan orqanizminə uzun müddət zərər verdiyini açıqlayıblar.

Uzun müddət ekranlara baxmağın gözlərdə iltihaba səbəb ola biləcəyini izah edən elm adamları gözlərin davamlı olaraq xarici dünya ilə qarşılıqlı əlaqədə olduğuna və immun müdafiə sistemlərinin daha aktiv olduğuna diqqət çəkib.

Araşdırmaya rəhbərlik edən professor Pankaj Kapahi telefonun zərərini belə izah edib:

"Uzun müddət kompüter və telefon ekranlarına baxmaq nizamı pozur. Həmçinin telefon işığı gözün immunitetini zədələyir və bədənin qalan hissələrinə və beyinə zərər vurur”.

Alimlər onu da vurğulayıblar ki, ekrana uzun müddət baxmaq insan ömrünü qısaldır./azxəbər

Xəbər lenti