Xəzər Xəbər

Bəzi ərzaq məhsulları ucuzlaşıb SİYAHI

Cəmiyyət | 16:22 • 11 İyun 2022
Bəzi ərzaq məhsulları ucuzlaşıb

Cari ilin may ayında ötən aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun və toyuq ətinin qiymətlərində baş verib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata əsasən, həmin dövr ərzində kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətində bahalaşma, yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Xəbər lenti

Çox oxunanlar