Xəzər Xəbər

Müharibə əlillərinə birdəfəlik ödəniş üçün 120 milyon manat ayrılacaq AÇIQLAMA

"Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur"
Cəmiyyət | 12:07 • 11 İyun 2022
Müharibə əlillərinə birdəfəlik ödəniş üçün 120 milyon manat ayrılacaq

Azərbaycanda 1991-1997-ci illərdə xəsarət alan şəxslərə birdəfəlik ödənişlər ödənilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, bu islahatın maliyyələşdirilməsinə 120 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, yuxarı dövlət orqanlarıma təqdim olunub. "Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri sistemə daxil edilməyən şəxslərin məlumatları isə kağız üzərində müraciətlərin həyata keçirilməsi təmin olunacaq, həmin şəxslərə şərait yaradılacaq ki, öz müraciətlərini DSMF-nin yerli bölmələrinə və ya DOST mərkəzlərinə təqdim etsinlər"- deyə, DSMF sədri əlavə edib. (APA)

Xəbər lenti

Çox oxunanlar