Xəzər Xəbər

Xidmət rəisi: "Boşanmaların artması bizi narahat edir”

Cəmiyyət | 12:42 • 10 İyun 2022
Xidmət rəisi: "Boşanmaların artması bizi narahat edir”

“Son dövrlər boşanmaların sayının artması bizi narahat edir”.

Bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhana Kərimova “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda keçirilən ictimai müzakirə zamanı deyib.

O bildirib ki, bunun qarşısını almaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyat şöbələrinə psixoloqların cəlb edilməsi istiqamətində işlər görülüb: "2018-ci ildən bəri Bakı şəhərində yerləşən bütün qeydiyyat şöbələrində psixoloqlar cəlb edilib. Bunun regionlarında tətbiq edilməsi işlərinə başlanılıb".

Xidmət rəisi qeyd edib ki, 2018-ci ildən bəri qeydiyyat şöbələri nikahın pozulması ilə bağlı 6204 şəxs psixoloqlarla söhbətə cəlb olunub, onlardan 2170 şəxs boşanmaqdan imtina edib. (APA)

Xəbər lenti