Xəzər Xəbər

“Koroğlu” stansiyasında sərnişinin qolu qapı arasında qalıb? AÇIQLAMA

Cəmiyyət | 10:34 • 10 İyun 2022
“Koroğlu” stansiyasında sərnişinin qolu qapı arasında qalıb?

Bu gün səhər saatlarında metroda sərnişinlərdən birinin qolu vaqonun qapıları arasında qalıb. 

Oxu.Az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasında baş verib.

İlkin məlumata görə, sərnişinlər arasında xəsarət alan olmasa da, qatarların intervalında gecikmə yaranıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Koroğlu” stansiyasında baş verən hadisəyə aydınlıq gətirib. Qurum rəsmisi redaksiyamıza açıqlamasında bildirib ki, sərnişinin qolu deyil, çantası qapı arasında qalıb:

“Sərnişinin ayağının, qolunun qapı arasında qalması ilə bağlı fikirlər həqiqəti əks etdirmir. Sərnişinlər maşinistə məlumat verdikdən sonra qapılar açılıb və çanta oradan çıxarılıb. Onu da qeyd edim ki, bu gün “Koroğlu” stansiyasında sərnişin sıxlığı yaşanır”.

Xəbər lenti

Çox oxunanlar