Xəzər Xəbər

Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

Cəmiyyət | 09:56 • 10 İyun 2022
Bakı məktəblərində işə qəbul olunan müəllimlərin sayı açıqlanıb

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.

İdarədən xezerxeber.az-a verilən məlumata görə, onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar