Xəzər Xəbər

“Formula-1” üçün Bakıda musiqili proqram da olacaq

Cəmiyyət | 18:24 • 9 İyun 2022
“Formula-1” üçün Bakıda musiqili proqram da olacaq

“Formula-1” əyləncə zonası ənənəvi olaraq Dənizkənarı Milli Parkda yerləşəcək”.

Bunu açıqlamasında Bakı Şəhər Halqası əməliyyat şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O, Bakıda təşkil olunacaq əyləncələrdən danışıb:

“Əyləncə zonaları müxtəlifliyinə görə üç növə bölünəcək. Bunun biri uşaqlar üçün əyləncə zonası olacaq. Digər ikisi isə “Formula-1” komandalarının özünün və ədəbiyyatımız, tariximiz ilə bağlı yaratdığımız zonalardır. Məsələn, Qobustanın kiçik modeli əyləncə zonasında olacaq. Bu, sözlə ifadə oluna bilməz, onu görmək lazımdır”.

Turab Teymurov bildirib ki, əyləncə zonasında musiqili proqram da olacaq:

“Bilirsiniz ki, axşam konsertləri ötənilki kimi bu dəfə də olmayacaq. Buna baxmayaraq, hər zövqə uyğun musiqili proqram planlaşdırılıb”.

Qeyd edək ki, 10-12 iyunda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi mövsümün səkkizinci yarışı olacaq./oxu.az

Xəbər lenti