Xəzər Xəbər

Bakı sakinlərinin nəzərinə: iyunun 11-12-də ...

Həftəsonu “Kənddən-Şəhərə” yarmarkaları təşkil olunacaq
Cəmiyyət | 17:48 • 9 İyun 2022
Bakı sakinlərinin nəzərinə:  iyunun 11-12-də ...

45 regiondan 100-ə yaxın fermer paytaxta 90 çeşiddə məhsul gətirəcək. 

XəzərXəbər xəbər verir ki, iyunun 11-12-də Bakıda və Abşeron ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən-Şəhərə” həftəsonu yarmarkaları təşkil ediləcək. Ümumilikdə üç ünvanda təşkil olunacaq yarmarkaların əsas məqsədi yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə təmin etməkdir.

Nazirlikdən bildirilib ki, “Kənddən Şəhərə” yarmarkalarına qatılacaq 100-ə yaxın fermer 45 regionu təmsil edəcək. Onlar alıcılara 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulları təklif edəcəklər.

Xəbər lenti