Xəzər Xəbər

Əhalinin NƏZƏRİNƏ - Sabah 4 rayonda qaz OLMAYACAQ

Cəmiyyət | 17:41 • 9 İyun 2022
Əhalinin NƏZƏRİNƏ - Sabah 4 rayonda qaz OLMAYACAQ

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, 10.06.2022-ci il tarixdə saat 08:00-dan 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılması, həmçinin 10.06.2022-ci il tarixində saat 09:00-dan etibarən 2 (iki) gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”,  “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır, eyni zamanda 11.06.2022-ci il tarixində işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.  

Bu barədə XəzərXəbər-ə "Azəriqaz" İB-dən məlumat verilib.

Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti