Xəzər Xəbər

Uşaqlarda burun qanaması zamanı bunu etmək olmaz - Mütəxəssisdən xəbərdarlıq

Cəmiyyət | 15:17 • 9 İyun 2022
Uşaqlarda burun qanaması zamanı bunu etmək olmaz - Mütəxəssisdən xəbərdarlıq

“Uşaqlarda burun qanama müddəti 8 dəqiqəyə qədər davam edir və dayanırsa, təhlükəli deyil”. 

Bunu pediatr Aytən İsmayılzadə deyib. o bildirib ki, burun qanaması müxtəlif səbəblərdən ola bilər:

“Yəni burun qanaxmasının normal müddəti 8 dəqiqədir. Yox, əgər bu təkrarlanırsa, müxtəlif səbəblərdən ola bilər. Əsas səbəb isə zədələnmələr ola bilər. Əgər uşağın burnu bir dəfə zədələnibsə, bu, təkrar təkrar baş verə bilər.  Çünki burnun içərisindəki, əsasən də ön nahiyəyə yaxın yerdə kapilyarlar çox nazikdirlər və tez yarlanmağa məruz qalır və qanıyr. 
Zədələnmiş kapilyarların yerinə daha nazik divarlı kapilyarlar yarandığından onlar da daha tez zədələnməyə məruz qala və daha tez qanaya bilir. Yəni bu halın tezləşməsi sizi qorxutmasın. Əsas olan şey odur ki, müddətə diqqət yetirək. 

Qanama müddəti daha çox davam edərsə, bu, hər hansı qan problemindən xəbər verir”. 

Mütəxəssisin sözlərinə görə, normal yəni 8 dıəqəqiəyə qədər davam edən burun qanamalı zamanı uşağın başını arxaya deyil, önə əymək lazımdır:

“Başı önə əyərək burnun sümük və qığırdaq hissələrinin üstündən burnu sıxmaqla həmin nahiyyənin mexaniki şəkildə sıxılmasına və qanın dayanmasına nail olmaqdır. Əgər uşaq yıxılıbsa və burun üz nahiyyəsində zədələnmə varsa, bu zaman soyuq sudan və buzdan da istifadə edə bilərik.

Qanaxma zamanı uşağın başını arxaya etmək doğru deyil. Çünki bu zaman qanaxma davam edərsə, udlaqdan axır və uşaq onu udur, axıntının dayanmasından xəbərimiz olmur. Başı önə əydikdə isə biz qanamanın davam edib-etmədiyindən xəbər tuta bilirik”, - deyə o söyləyib./Ölkə.Az

Xəbər lenti

Çox oxunanlar