Xəzər Xəbər

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub

Cəmiyyət | 11:26 • 9 İyun 2022
Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olunub

Toy kortejində avtoxuliqanlıq edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, iyunun 7-də saat 16 radələrində Binəqədi rayonu ərazisində toy kortejində avtoxuliqanlıq edən “VAZ-21214” və “VAZ-2106” markalı iki avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən həmin avtomobillərin sürücüləri - İmişli rayon sakini M.Miradiyev və Abşeron rayon sakini E.Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onlar 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar