Xəzər Xəbər

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Cəmiyyət | 19:42 • 8 İyun 2022
ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

İyunun 9-da Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan XəzərXəbər-ə verilən məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə bağlı, iyunun 9-da, saat 09:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar”, “Lək” QPS-dən qidalanan “Lək 1-ci xətt”, “Zərdab” QPS-dən qidalanan “Zərdab”, magistral qaz kəmərindən qidalanan “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar