Xəzər Xəbər

DİQQƏT: Baş ağrısı deyib keçməyin!: Bu xəstəlik yarana bilər

Cəmiyyət | 15:50 • 8 İyun 2022
DİQQƏT: Baş ağrısı deyib keçməyin!: Bu xəstəlik yarana bilər

Mütəxəssislər insanların baş ağrısını ciddiyə almalarını tövsiyə ediblər.

Bəzi beyin xəstəliklərinin kiçik baş ağrısı ilə başladığını ifadə edən Dr. Murat Geyik beyin xəstəliklərinin yayılmasının ən böyük səbəbinin təcrübəsizlik olduğunu bildirib.

Çətin və ağır əməliyyatları uğurla həyata keçirən qrupa rəhbərlik edən Neyrocərrahiyyə və Neyrocərrahiyyə kafedrasının müdiri  Dr. Murat Geyik beyin şişlərinin və beyin qanamasının ümumi səbəblərini açıqlayıb və müalicə üsullarını sadalayıb.

Sadə bir baş ağrısının ciddi nəticələrlə beyin xəstəliyinə çevrilə biləcəyinə diqqət çəkən Dr. Murat Geyik şəkər və qan təzyiqi olan xəstələrə xəbərdarlıq edərək, ailəsində beyin qanaması olan insanların da beyin qanaması keçirmə ehtimalının daha çox olduğunu bildirib.

Murat Geyik baş ağrısının çox əhəmiyyətli bir simptom olduğunu söyləyib. O, hər baş ağrısının diqqətdən kənarda qalmaması lazım olduğunu bildirib:

"Baş ağrısının arxasında beyin şişi, xalq arasında qabarcıq deyilən anevrizma ola bilər. Bu, hipofiz vəzinin böyüməsini təmin edən bir vəziyyət də ola bilər. Belə hallar davamlı müşahidə edilərsə, mütləq ən yaxın sağlamlıq mərkəzinə gedin”./azxəbər
 

Xəbər lenti