Xəzər Xəbər

Pediatrdan çimərlik mövsümündə uşaqlarla bağlı vacib TÖVSİYƏLƏR

Cəmiyyət | 14:54 • 8 İyun 2022
Pediatrdan çimərlik mövsümündə uşaqlarla bağlı vacib TÖVSİYƏLƏR

“Dəniz kənarı elə bir yerdir ki, burda dörd həyat ünsürü birləşir : od (günəş), torpaq, su, hava. Bu dörd element kainatın, insanın özünün təməl elementləridir. Biz insan olaraq əslində bir enerji kütləsiyik. Kainatdan, qidadan aldığımız enerjini ətrafımıza, digər insanlara, təbiətə ötürə bilirik”. 

XəzərXəbər xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, insanların bu 4 ünsürdən uzaq olması orqanizmdə düzənsizlik yaradır:

“Əvvəllər uşaqlar bulaq başında, arx kənarında oynayar, su daşıyıb islanar, ayaqyalın gəzər, ağaclarda dolaşardılar. Amma indi analar çox mühafizəkar olub: çıxma, yıxılarsan, suya girmə soyuqlayarsan, ayaqyalın gəzmə və s. Şəhər uşaqları isə, eləcə biz böyüklər də torpaqla, metalla, daşla təmassız, daha çox karton, plastik əşyalara toxunaraq yaşayırıq. Nəticədə halsız, depressiv, ya da aqressiv oluruq. Bu uşaqlara da aiddir. Orqan və sistemlərimizin işləməsində düzənsizlik baş verir”.

 

Pediatr çimərlik mövsümündə uşaqların səhhəti ilə bağlı bəzi tövsiyələr də verib:

“Dəniz kənarı sadəcə günəşin vitamin D-si, dənizin mineralları, havadakı mehin sərinliyi ilə qumun istiliyinin kontrası deyil, daha çoxudur.

Nə qədər ki, günəş başımızın üstündə imkan verir, biz ya uşağımız ayağımızı yalın edək, torpağa basaq. Nə qədər ki, dəniz bizi üşütmür bu fürsətdən tez-tez istifadə edək. Qışda yenə viruslar, yenə dərs yükü, yenə tıxaclar və yenə stress olacaq. Yayda etdiyimiz enerji boşalımı və yeni enerjiyə yer açmağımız ilə bütün bunlara əsl müqavimət qazanmış olarıq. Dəniz istirahəti yarım qalmasın deyə uşaqlara çimərkən su içməməyi tapşırmaq, balacalara da bu səbədən nəzarət lazımdir. Çünki dəniz suyu ilə yoluxa biləcəkləri infeksiyaları mədə-bağırsaq pozulmasına gətirə bilər. 

Günəş kreminə gəlincə, uşaqların dəri problemi ( vitiliqo, albinizm) yoxdursa, istifadə etmək lazım deyil”.

Qeyd edək ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açılır./Ölkə.Az

Xəbər lenti

Çox oxunanlar