Xəzər Xəbər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

Cəmiyyət | 09:55 • 8 İyun 2022
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “Formula 1" ilə bağlı sürücülərə müraciət edib.

NİİM-dən xezerxeber.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Paytaxtımızda qonaqpərvərlik mühitinin qorunması üçün “Formula-1 Azərbaycan Qran-Pri” yarışı ilə əlaqədar yollardakı müvəqqəti xarakter daşıyan dəyişiklik və məhdudiyyətləri anlayışla qarşılamağı, şəhər mərkəzinə şəxsi nəqliyyat vasitələri ilə getməməyi, daha çox ictimai nəqliyyata üstünlük verməyi, həmçinin dayanma-durma qaydalarına ciddi riayət olunmasını xahiş edir. Qeyd olunanlar sıxlıqların yaranmaması baxımından mühüm əhəmiyyət kəsb edir".

Xəbər lenti