Xəzər Xəbər

Bakıda kəsilən ağacların yerində parklanmanı bu qurum yaradıb RƏSMİ AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti məlumat yaydı
Cəmiyyət | 14:57 • 7 İyun 2022
Bakıda kəsilən ağacların yerində parklanmanı bu qurum yaradıb

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən xezerxeber.az-a verilən xəbərə görə, az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.

“Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, - qeyd olunub.

Mövzu ilə bağlı daha ətraflı buradan məlumat almaq olar.

Xəbər lenti

Çox oxunanlar