Xəzər Xəbər

Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə bata bilərsiniz ÜNVANLAR

Cəmiyyət | 13:59 • 7 İyun 2022
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu ərazilərdə bata bilərsiniz

Xəzərin sualtı relyefinin dəyişilməsi ilə əlaqədar bəzi ərazilər təhlükəlidir. Bunu nəzərə alaraq vətəndaşlar çimərliklərə üz tutan zaman bəzi ərazilərdə çimərkən maksimum diqqətli olmaları tövsiyə edilir.

XəzərXəbər xəbər verir ki, bu məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmisi Aqşin Əlili danışıb. Onun sözlərinə görə, illərdir dəyişikliklərin davam etdiyi ərazilər var ki, axınların istiqaməti küləyin sürətindən asılı olaraq dəyişdiyi üçün həmin ərazilərdə təhlükələr yaranır:

"Şüvəlan qəsəbəsində Mil-Qaya adlanan ərazi, Nardaran qəsəbəsində 12-ci dalan adlanan ərazi və Novxanı qəsəbəsində "Ləman" çimərliyinin yaxınlığında təhlükəli ərazilər mövcuddur".

Xəbər lenti

Çox oxunanlar