Xəzər Xəbər

Zəhərlənmələr əsasən bu səbəbdən olur

Cəmiyyət | 18:50 • 6 İyun 2022
Zəhərlənmələr əsasən bu səbəbdən olur

“Son günlər 2 nəfər ilansancma ilə müraciət edib. Gürzə ilanı sancıb. Bundan başqa, 3 nəfər sirkə turşusundan, 7 nəfər isə dərmandan zəhərlənib. May ayında sirkə turşusundan ölüm faktı da qeydə alınıb”. 

Bunu açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. 

Baş toksikoloq bildirib ki, zəhərlənməyə səbəb olan dərmanların arasında sakitləşdiricilər də var: “Əsasən sakitləşdirici və antidepressantlardan, antibiotiklərdən zəhərlənmələr olub. Zəhərlənənlər həkimlərin təyinatına əsasən bu dərmanları qəbul ediblər. Bundan başqa, spirtli içkidən zəhərlənənlər olmayıb, amma sərxoş vəziyyətdə bir neçə nəfəri gətiriblər. Müraciət edənlər arasında uşaqlar da var. Bir nəfər ilansancam, iki uşaq isə dərman zəhərlənməsi ilə müraciət edib”. /publika.az

Xəbər lenti

Çox oxunanlar