Xəzər Xəbər

Dərmanların qiyməti süni formada qaldırılır, bəzi preparatlar sıradan çıxarılır - Deputat

“Ölkəyə dərman gətirənlər 1 qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar"
Cəmiyyət | 14:00 • 6 İyun 2022
Dərmanların qiyməti süni formada qaldırılır, bəzi preparatlar sıradan çıxarılır - Deputat

Ölkədə süni formada dərmanların qiyməti qaldırılır.

Bunu “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" ilə bağlı Qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib. 

“Ölkəyə dərman gətirənlər 1 qramlıq dərmanları yavaş-yavaş sıradan çıxarırlar. Bundan sonra ölkəyə eyni qiymətə həmin dərmanın 0,5 qramlığı gətirilir. Onu istifadə edən xəstə məcbur olur ki, həmin qiymətə o dərmandan ikisini alsın”, - deyə R.Quliyev bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev millət vəkilinin sualını cavablandıraraq vurğulayıb ki: "Dərmanlarla bağlı məsələ bizə yox, Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə aid məsələdir. Sadəcə məlumat üçün onu deyim ki, bu istiqamətdə 3-4 aydır məsləhətçilərlə iş gedir və yaxşı nəticələr əldə olunub". (Report)

Xəbər lenti