Xəzər Xəbər

Mobil qurğularda enerji sərfiyyatının azaldılması üçün yeni təklif var

Cəmiyyət | 12:54 • 6 İyun 2022
Mobil qurğularda enerji sərfiyyatının azaldılması üçün yeni təklif var

Son dövrlərdə şəbəkəyə qoşulan mobil telefonların və IoT cihazların sayının sürətlə artması internet şəbəkəsinin əlaqə kanalının ötürücülük qabiliyyətini aşağı salır, nəticədə uzaqda yerləşən buludlarda emal olunan məlumatların istifadəçiyə çatdırılmasında gecikmələr yaranır.

Bu barədə nüfuzlu “Computer Network and Information Security” (IJCNIS) beynəlxalq jurnalında dərc olunmuş “Mobil hesablama buludlarında cloudletlərin texniki xarakteristikalarına görə klasterləşdirmə metodu” adlı məqalədə məlumat verilib. Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovdur.

İnstitutdan xezerxeber.az-a bildirilib ki, məqalədə tətbiqi proqramların mürəkkəblik dərəcəsini (faylın növü) nəzərə almaqla onların sürətli həllini təmin edən, hesablama məhsuldarlığı yüksək olan “cloudlet” seçilməsi strategiyası təklif edilib. Təklif edilən metod istifadəçinin tətbiqi proqramının daha sürətli həllini təmin edir.

 

Xəbər lenti