Xəzər Xəbər

İcbari sığorta üzrə tibbi xidmətlərin sayı artırılır

Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb
Cəmiyyət | 11:35 • 6 İyun 2022
İcbari sığorta üzrə tibbi xidmətlərin sayı artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir.

"Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb. Yeni Xidmətlər Zərfi təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilib.

Xəbər lenti

Çox oxunanlar