Xəzər Xəbər

Bakıda bura gedənlərə PULSUZ YEMƏK veriləcək

Cəmiyyət | 20:20 • 4 İyun 2022
Bakıda bura gedənlərə PULSUZ YEMƏK veriləcək

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən avtomobillərin texniki baxış məntəqəsində bir sıra yeniliklər edilib.

XəzərXəbər-in məlumatına görə, artıq məntəqəyə gələnlərə bir sıra pulsuz xidmətlər göstəriləcək.

Texniki baxış məntəqəsində xüsusi gözləmə zalı var. Burada növbə gözləyənlərə çay, kofe, hətta yemək də verilir. Bütün bunlar isə pulsuz təklif olunur.

Bundan əlavə, məntəqədə şəhid və qazi ailələrinin rahatlığı da nəzərə alınıb.

Belə ki, həmin təbəqədən olanlara ayrıca qəbul bölməsi, pəncərə fəaliyyət göstərir. Müraciət edən şəhid və qazi ailələri burada  narahatlıq olmadan, operativ şəkildə problemləri həll olunur və onlara lazımi xidmət göstərilir. Bu isə dünyada tətbiq olunan yeniliklərdən biridir.

Həmçinin texniki baxış məntəqəsində sürücülər üçün qaynar-xətt də fəaliyyətə başlayıb. Avtomobil sahibləri cərimələri və texniki baxışlar bağlı suallarına (012) 511-08-40 şəhər nömrəsinə zəng edərək cavab ala bilərlər. Qeyd olunan əlaqə nömrəsi isə istisnasız olaraq, hər gün fəaliyyət göstərir./Lent.az

Xəbər lenti

Çox oxunanlar