Xəzər Xəbər

"Omikron" keçirənlərə XƏBƏRDARLIQ

Cəmiyyət | 09:04 • 4 İyun 2022
"Omikron" keçirənlərə XƏBƏRDARLIQ

Dyuk Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kemeron Vulf elan edib ki, qış aylarında koronavirusun "omikron" ştamına yoluxan insanlar yenidən xəstələnmə riski ilə üzləşib. 

Alimin bu barədə açıqlaması ABŞ mediasında yer alıb. 

Həkim qış aylarında koronavirusun "omikron" variantına yoluxmuş insanlara xəbərdarlıq edib. O bildirib ki, son günlərdə ABŞ-da yoluxma sayı artmağa başlayıb, bəzi bölgələrdə isə mart ayındakı yoluxma sayına çatıb. 

Həkimin sözlərinə görə, "omikron" keçirənlər yenidən eyni ştama yoluxa bilər. Dyuk Universitetinin başqa bir həkimi Adia Ross isə koronovirusa görə xəstəxanaya yerləşdirilənlərin ya peyvənd olunmadığını, ya da xroniki xəstəlikləri olduğunu bildirib./Publika.az

Xəbər lenti

Çox oxunanlar