Xəzər Xəbər

Sürücülərin nəzərinə: Bakının bəzi yollarında hərəkət məhdudlaşır FOTO

Cəmiyyət | 18:34 • 3 İyun 2022
Sürücülərin nəzərinə: Bakının bəzi yollarında hərəkət məhdudlaşır

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq məqsədilə quraşdırma işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsində nəqliyyatın hərəkəti 4 iyuna keçən gecə təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq.

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.

Həmçinin, 5 iyuna keçən gecə Neftçilər prospektindəki Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək. Bununla əlaqədar yol bir qədər daralacaq.

BŞH sürücülərə anlayışlarına görə təşəkkür edir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar