Xəzər Xəbər

İş yerini dəyişdirən müəllimlərin sayı açıqlanıb

Cəmiyyət | 17:35 • 3 İyun 2022
İş yerini dəyişdirən müəllimlərin sayı açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sayı açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 950 nəfər müsabiqəni uğurla tamamlayıb.

Onlardan 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə çalışanlar, 21-i şəhid ailəsi üzvü olanlar, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.

Xəbər lenti

Çox oxunanlar