Xəzər Xəbər

AZAL iki istiqamət üzrə genişgövdəli hava gəmiləri ayırır

Cəmiyyət | 18:09 • 1 İyun 2022
AZAL iki istiqamət üzrə genişgövdəli hava gəmiləri ayırır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə - Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.

AZAL-dan verilən məlumata görə, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcək. 15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə "Boeing 767", İstanbul şəhərinə isə "Boeing 787" (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.

Xəbər lenti

Çox oxunanlar