Xəzər Xəbər

Məktəbliyə toy edilməsinin qarşısı alınıb - valideynləri polisə çağırılıb

Cəmiyyət | 17:12 • 1 İyun 2022
Məktəbliyə toy edilməsinin qarşısı alınıb - valideynləri polisə çağırılıb

Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinin evləndirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a açıqlamasında deyib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.

Onun sözlərinə görə, vaxt təyin olunan toy mərasiminin keçirilməsinin qarşısı alınıb: "Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaqdır".

Qeyd edək ki, sosial şəbəkələrdə Sabirabad rayon Qəzli kəndində 9-cu sinif şagirdinin toyu olmasıyla bağlı məlumat geniş müzakirələrə səbəb olub. Məsələni sosial şəbəkədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə ictimailəşdirib. 

Xəbər lenti

Çox oxunanlar