Xəzər Xəbər

Qızıl sağlamlıq üçün faydalıymış TƏDQİQAT

Cəmiyyət | 09:33 • 17 Mart 2022
Qızıl sağlamlıq üçün faydalıymış

Ürək-damar xəstəliklərinin yeni potensial müalicə üsulu ortaya çıxıb. 

Yeni metod ürək fəaliyyətinin bərpası məqsədilə qızıl zərrəciklərindən istifadəni nəzərdə tutur.

Ottava Universitetinin (Kanada) Tibb fakültəsinin dosenti Emilio Alarkon və həkim Erik Saaronenin rəhbərlik etdiyi alimlər qrupu müəyyən edib ki, qızıl hissəciklərinin ürək nahiyəsinə səpilməsi bu orqanın sağalmasına və ürək-damar xəstəliklərinin müalicəsinə kömək edir.

Mütəxəssislərin fikrincə, yeni üsul ürək cərrahiyyəsində, xüsusən də koronar şuntlama əməliyyatı zamanı istifadə oluna bilər.

Mənbə: ferra.ru

Xəbər lenti