Xəzər Xəbər

Normadan artıq vitamin qəbulu təhlükəlidir? - AÇIQLAMA

Cəmiyyət | 16:34 • 16 Mart 2022
Normadan artıq vitamin qəbulu təhlükəlidir? - AÇIQLAMA

“Həkim məsləhəti olmadan vitamin qəbulu ciddi narahatlıq yarada bilər”.

XəzərXəbər xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin “Instagram” hesabındakı canlı yayımda deyib.

O bildirib ki, orqanizmin ehtiyacı olan vitaminlərin qəbulu önəmlidir:

“Buna insanlar həkim müayinəsi olmadan qərar verə bilməz. Yaxşı olar ki, həkim müayinəsindən sonra aidiyyəti üzrə həkim təyinatı üzrə vitaminlərin qəbuluna önəm verilsin. Bəzən pasiyentlər gəlir ki, orqanizmdə normadan artıq vitamin qəbulu ilə bağlı problemlərlə rastlaşırıq”.

Xəbər lenti