Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 23, 24, 25 mart tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
XəzərXəbər xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
"Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər", - deyə qurum bəyan edib.