Novruz bayramı ilə əlaqədar təhsil müəssisələrində tətil günləri açıqlanıb.
Xezerxeber.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 5 günlük rejimlə işləyən təhsil müəssisələrində Novruz bayramından əvvəl son iş (dərs) günü martın 18-i, bayramdan sonrakı ilk iş (dərs) günü isə martın 28-dir.
6 günlük rejimlə işləyən təhsil müəssisələrində isə bayramdan əvvəl son iş (dərs) günü martın 19-u, bayramdan sonrakı ilk iş (dərs) günü martın 26-sıdır.