Qərb bölgəsində gecə saatlarından yağan qar dağlıq rayonlarda avtomobilərin hərəkətində çətinliklər yaradıb.
XəzərXəbər xəbər verir ki, ötən gecədən başlayaraq Daşkəsən, Gədəbəy və Tovuza güclü qar yağıb.
Dağlıq ərazilərdə yerləşən ucqar kəndlərdə qarın hündürlüyü 20 santimetrdən çox olub. Nəticədə yollarda nəqliyyat vasitələrin hərəkətində çətinliklər yaranıb.
Sərnişin daşıyan mikroavtobus sürücüləri hava şəraitini nəzərə alaraq bəzi yerlərdə daha aşağı sürətlə hərəkət edirlər.
Hazırda aidiyyatı qurumlar yollarda qum səpmə və qardan təmizləmə işləri aparır, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görürlər.
Qeyd edək ki, Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında qar bir neçə gün öncədən yağmağa başlasada gecə saatlarından daha da güclənib./report