Xəzər Xəbər

Püstə qəbulu xolesterini azaldır

Cəmiyyət | 18:49 • 11 Mart 2022
Püstə qəbulu xolesterini azaldır

Müntəzəm olaraq bir ovuc püstənin qəbulu qanda yüksək xolesterini 11 faizdən çox azaltmağa kömək edir.

Yüksək xolesterin qanda böyük miqdarda yağlı maddənin olması deməkdir ki, bu da sağlamlıq üçün ürək xəstəliyi və insult kimi ciddi problemlər riski ilə bağlıdır. Lakin düzgün qidalanma onu effektiv şəkildə azalda bilər - bu, bir sıra tədqiqatlarla təsdiqlənir.

“Science Daily” jurnalının dərc etdiyi tədqiqat layihələrindən birinin məlumatlarına əsasən xolesterinin azalmasında kömək edə bilən məhsul püstədir. 

Xezerxeber.az “MedikForum”a istinadla xəbər verir ki, xüsusilə Pensilvaniya Dövlət Universitetinin mütəxəssisləri bunun üçün hər gün bir ovuc püstə yeməyi tövsiyə edir.

“Gündə bir-iki ovuc miqdarda püstənin qəbulu (təxminən 85-90 qram) "pis" LDL xolesterinin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı salınması sayəsində ürək-damar xəstəliklərinə meyilliliyi azaldır. Püstənin vaxtaşırı qəbulu onu 11,6 faiz azaltmağa kömək edir”, - deyə tədqiqatçılar bildirib.

Püstənin yüksək xolesterinin səviyyəsini aşağı salmaqda kömək etdiyini izah edən mütəxəssislər aydınlaşdırıblar ki, onlar doymamış yağlarla zəngindir, tərkibində doymuş yağlar azdır – “bu, orqanizmdə piylərə təbii nəzarəti yaxşılaşdıran qarışıqdır”. Bundan əlavə, püstənin tərkibində bağırsaqlardan qana xolesterinin müəyyən miqdarının udulmasına mane ola bilən lif, həmçinin zülal, E vitamini, maqnezium, kalium, təbii bitki sterolları və immun sistemini və maddələr mübadiləsini yaxşılaşdıran digər bitki qidaları var, bu da artıq piylərdən azad olunmasını aktivləşdirir.

Xəbər lenti

Çox oxunanlar