Hər gün ağ çörək yemək insan sağlamlığı üçün zərərlidir. Gündəlik ağ çörək istehlakı şəkər diabetinə səbəb olur.
Bu haqda rusiyalı həkim-dietoloq Yelena Solomatina məsləhətlərini verib.
Həkim-diletoloq deyib ki, çörəyin tərkibində ağ un, su və maya olduqda, o, orqanizmdə bir növü şəkər rolunu oynayır.
"Biz onu yeyəndə qlükoza və insulin səviyyələrimiz artır, bir müddət enerji artımı hiss edirik, sonra birdən yorğunluq və əsəbilik yaranır", - söyləyən Solomatina bunun insulin müqavimətinə, diabetə və çox dramatik çəki artımına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, ağ çörəyi çox istifadə etməməyi tövsiyə edib:
"Ağ çörək qida məhsulu deyil, desertdir. Bəzən bir tikə yeyə bilərsiniz. Çörəyə olan tələbatın qarışıq taxıl unundan, xüsusən də çovdar unundan bişirilən çörəklə ödənilməsi məsləhətdir. Qarışıq undan hazırlanan çörəyin tərkibində daha faydalı vitaminlər, mikro və makro elementlər var. Bundan əlavə, belə çörəklərin tərkibində bağırsaqlar üçün faydalı olan lif və vegetarianların ehtiyac duyduğu B vitaminləri olur. Çovdar çörəyi də qarışıq taxıl çörəyi qədər sağlamlığa faydalıdır”.
Onun fikrincə, orta çəkisi və orta fiziki aktivliyi olan bir insan gündə təxminən 2-4 dilim qarışıq taxıl unundan bişirilən çörək yeyə bilər. /Sfera.az