Daxili İşlər Nazirliyi (DİN) narkotiklərlə bağlı vətəndaşlara müraciət edib.
Xezerxeber.az-ın məlumatına görə, DİN vətəndaşların diqqətinə çatdırır ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə diqqətli olsunlar və onlayn yolla narkotik vasitələrin satışını təşkil edən, xarici dövlətlərdə yaşayan narkotacirlərin yalan vədlərinə inanmasınlar.
"Sosial şəbəkələrdə narkotik vasitələrin satışını təşkil edən şəxsləri isə bu çirkin yoldan çəkinməyə çağırırıq. Əks halda onların şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması istiqamətində qətiyyətli əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək",-deyə müraciətdə qeyd edilib.