Xəzər Xəbər

DİN valideynlərə müraciət edib

Cəmiyyət | 16:55 • 25 Noyabr 2021
DİN valideynlərə müraciət edib

Azərbaycanda uşaqlar daha çox ailədə zorakılığa məruz qalır. Bununla bağlı faktlar var.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib.

O hesab edir ki, bu gün psixoloqların yardımına böyük ehtiyac var: "Çünki cütlüklər yetişməmiş ailə qururlar. Bəzən hətta 30 yaşında evlənənlər belə ailənin nə olduğunu dərk etmir. Ailə planlaması şüurlu şəkildə aparılmır. Bu da gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır".

Kəmalə Ələkbərova məktəblinin qaçırılması hallarından da danışıb. Qeyd edib ki, belə hallar çox deyil.

"Çox vaxt belə hadisələr boşanan valideynlərin ailələrində baş verir. Ailə boşanmaq ərəfəsindədir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər. O ki qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurlara - kameralara harda ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki, yoxdur, valideynlər məktəb rəhbərliyinə müraciət edilə bilərlər. Bəzi neqativ halları görmək üçün məktəblərin özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətində polis gəlib dayana bilməz. Bunun üçün heyətmiz də yoxdur. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar".

Xəbər lenti