Xəzər Xəbər

Coğrafiya İnstitutu: Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb

Coğrafiya İnstitutu: Kür çayının ekosisteminin məhv olma təhlükəsi yaranıb
Cəmiyyət | 16:55 • 18 Fevral 2021
Coğrafiya İnstitutu: Kürün ekosisteminin məhv olma təhlükəsi yaranıb

Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntıların miqdarı 10-15% azalıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrində bildirilib. 

Qeyd olunub ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji halların sayı çoxalmayıb. Ən böhran vəziyyət  Kür çayında müşahidə olunub, onun su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhv olma təhlükəsi yaranıb. 

Bildirilib ki, iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb,  günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunub və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib. Yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024