Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti, Bakıda 0 dərəcəyə yaxın, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Fevralın 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.