Diş həkimi Pertev Kökdemir dişlə bağlı narahatlıq yaşayanlara məsləhətlər verib.
Körpə 6-12 aylıq olanda müxtəlif cisimləri əmir və çeynəyir. Bu, onları yeni patogenlərə məruz qoyur.
Uşağınızın hərarəti yaranan infeksiyaya görə ola bilər. Bu infeksiyanın başlanğıcının diş dövrü ilə üst-üstə düşə ehtimalı var.
Əksər körpələr 6 aya yaxın diş çıxartmağa başlayır. Proses bəzi körpələrdə 4 aydan başlaya bilər. Bəziləri isə 12 aydan gec diş çıxarır.
Körpələrdə diş çıxarkən ağrı, ağlama və narahatlıq kimi simptomlar görünə bilər.
Diş çıxarma ilə əlaqəli olmayan şiddətli qusma, dəri qaşınması, ishal kimi simptomlar varsa, bu, infeksiya ilə əlaqədardır. Belə olan halda körpəni geçikdirmədən pediatrın yanına aparmalısınız.