Xəzər Xəbər

Baş Prokurorluq "YAŞAT" Fonduna 500 min manat köçürüb

Cəmiyyət | 10:44 • 14 Dekabr 2020
Baş Prokurorluq "YAŞAT" Fonduna 500 min manat köçürüb

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış "YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Bu barədə Xezerxeber.az-a  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki,  daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin "YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.


Sevinc 

Xəbər lenti

Çox oxunanlar