Xəzər Xəbər

Angela Merkel: "Yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq"

Cəmiyyət | 17:30 • 13 Dekabr 2020
Angela Merkel: "Yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq"

Almaniya Baş naziri Angela Merkel Almaniya və Avropa İttifaqında yeni növ koronavirusa (COVİD-19) qarşı peyvəndin tətbiqinə başlanılacağı tarixi açıqlayıb.

A. Merkel peyvəndin təhlükəsizliyinə Dərman Vasitələri üzrə Avropa Agentliyinin qiymət verdiyini bildirib.

Baş nazir Agentliyin peyvəndlə bağlı qərarını dekabrın 29-a qədər açıqlayacağını bəyan etdiyini xatırladıb: "Bundan dərhal sonra peyvəndin bütün Avropa ölkələrinə çatdırılmasına başlanılacaq və yanvar ayında peyvənd vurulmasına başlamaq imkanı olacaq. Agentliyin qərarından bir neçə gün sonra peyvənd vurulması prosesi başlayacaq”. (apa) 

Xəbər lenti