İranda ötən sutka ərzində 247 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 52 196 nəfərə yüksəlib.
Nazirlik rəsmisi qeyd edib ki, İranda ötən 24 saat ərzində 7 451 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 108 269 nəfərə çatıb. Virus daşıyıcılarından 5 723 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sadat Lari bildirib ki, İranda indiyədək 812 270 nəfər koronavirusdan sağalıb.
Qeyd edək ki, İranda indiyədək 6,7 milyondan çox diaqnoz testi həyata keçirilib. (trend)