Dekabrın 15-də keçiriləcək plenar iclasda Saqiyan kəndinin Günəşli adlandırılması müzakirəyə çıxarılacaq.
Milli Məclisin Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli açıqlamasında kəndin adının dəyişdirilməsinin vacibliyini qeyd edib: "Bir neçə dəfə Saqiyan kəndinin adının dəyişdirilməsi ətrafında fikir mübadiləsi aparmışıq. Hesab edirəm ki, kəndin adının Günəşli adlandırılması ilə bağlı deputat həmkarlarım yerli əhalinin və arxeoloqların fikirlərini dəstəkləyəcək”. (modern)
Sevinc