Balakəndə könüllülər koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin vətəndaşlar arasında geniş təbliğ olunması məqsədilə polis əməkdaşları ilə birgə maarifləndirmə tədbirlərinə qoşulublar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, könüllü gənclər COVİD-19 virusundan qorunma üsulları, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat əks etdirilən bukletləri vətəndaşlara təqdim ediblər. Həmçinin, koronavirus pandemiyası ilə mübarizədə ölkəmizdə həyata keçirilən tədbirlər barədə sakinlərə məlumat veriblər.
Könüllülər və polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Sevinc