Xəzər Xəbər

Yaponiyada quş qripi yayılıb

Cəmiyyət | 10:25 • 13 Dekabr 2020
Yaponiyada quş qripi yayılıb

Yaponiyanın Siqa əyalətində quş qripi aşkarlanıb.

Bununla da bu il quş qripi aşkarlanan əyalətlərin sayı 10-a çatıb.

Yaponiya Kənd Təsərrüfatı, Meşə və Balıq Ovu Nazirliyi bu gün quş qripi probleminə həsr olunmuş iclas keçirib və Siqa əyalətinə quş qripi ilə mübarizədə dəstək veriləcəyini açıqlayıb.

Bundan əvvəl Kaqava, Miyadzaki, Nara, Fukuoka, Xyoqo, Oita, Xirosima, Vakayama və Okayama əyalətlərində quş qripi aşkarlanıb. Bununla əlaqədar 2,5 milyondan çox toyuq məhv edilib. (apa)


Sevinc 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar