Bakı Dövlət Universitetinin (BDU) Maddə quruluşu kafedrasının dosenti Barxalova Niyal Şaban qızı vəfat edib.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı BDU-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 74 yaşında dünyasını dəyişən N.Barxalova 1964-1969-cu illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.
Qeyd edilib ki, 1976-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb.