Xəzər Xəbər

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO

Cəmiyyət | 14:40 • 12 Dekabr 2020
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq konfrans keçirilib - FOTO

Dekabrın 11-də Azərbaycan Xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq videokonfrans keçirilib.

Bu barədə Xezerxeber.az məlumat verir ki, bu haqda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə ölkəmizin Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, Gürcüstanla parlamentlərarası işçi qrupunun üzvü Əminə Ağazadə, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstan Parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, GUAM PA-dakı Gürcüstan nümayəndə heyətinin rəhbəri Kaxa Kuçava, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak edib.

Video-konfransı açan Azərbaycanın Gürcüstandaki fövqəladə və səlahiyyətli Səfiri Faiq Quliyev bildirib ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr 1993-cü ildən - ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb.Bundanbaşqa, hərikiölkənin parlamentindədostluqqrupları fəaliyyət göstərir.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Gürcüstanla əlaqələrinə daim xüsusi diqqət yetirib və onun çətin dövrlərində dost ölkə kimi qardaşlıq yardımını əsirgəməyib. Hələ 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanarkən bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və təkidi ilə enerji layihələriBakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin məhz dost Gürcüstandan keçəcəyi barədə qərar verilib. Hazırda ümummilli liderin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən enerji layihələri nəinki, Azərbaycanın, bütövlükdə regionun inkişafında mühüm rol oynayır.

Sonra çıxış edən Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev vurğulayıb ki, ulu öndərin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi idi. O, bunun üçün var qüvvəsi ilə çalışırdı və onun ən böyük xidmətlərindən biri də 1994-cü ildə atəşkəslə bağlı sənədin imzalanması olub.

Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar, quruculuq işləri, güclü ordu strategiyası, çox vektorlu siyasi münasibətlər, regional və beynəlxalq əhəmiyyətli layihələr son nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşdı. Azərbaycan sübut etdi ki, öz ərazi bütövlüyünü qorumağı bacarır, Vətən müharibəsi bunun bariz nümunəsidir. Döyüş meydanında, diplomatik müstəvidə, informasiya məkanında, daxili siyasi müstəvidə aparılan ardıcıl, sistemli tədbirlər nəticəsində elə bir qələbə qazandıq ki, bu gün bütün dünya ölkələri, siyasi mərkəzlər bu barədə müzakirələr edir, təhlillər verirlər.

Deputat Azərbaycanın Vətən müharibəsi zamanı Gürcüstan xalqının mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.

Sonra çıxış edən Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kaxa Kuçava Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolundan, iki ölkə arasında strateji tərəfdaşlıq, həm hökumət, həm də parlament səviyyəsində səmərəli əməkdaşlıq məsələlərindən danışıb. Bildirib ki, bu cür münasibətlər hər iki tərəf üçün daim strateji əhəmiyyət daşıyaraq xalqlarımızın milli mənafeyinə söykənir.

Sonra GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əminə Ağazadə öz fikirlərini bildiriblər. Deputatlar qeyd ediblər ki, gürcü və Azərbaycan xalqlarını tarixi dostluq telləri birləşdirir. Bildirilib ki, müstəqillik dövründə ölkənin vətəndaş müharibəsindən xilas olması, Ermənistanla atəşkəsin əldə edilməsi, sonra isə güclü ordu quruculuğuna başlanmasının, Azərbaycanın bu gün uğurla həyata keçirilən neft strategiyasının, səmərəli xarici siyasətinin əsasları da məhz böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulub. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması da Heydər Əliyev siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nəticəsidir.

Bununla da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq videokonfrans başa çatıb.

Nərmin

Xəbər lenti

Çox oxunanlar