Ermənistanın naş nazirinin müavini Mher Qriqoryan Zod, yəni Söyüdlü qızıl yatağının inzibati binasının Ermənistan tərəfində qaldığını iddia edib.
Bu iddianı Xezerxeber.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, SSRİ dönəmində Söyüdlü qızıl yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində olub. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri dövlət sərhəddinin demarkasiya prosesində GPS və Sovet hökumətindən qalma sərhədlərindən istifadə edirlər: "Burada hansısa qanun pozuntusu yoxdur. Mher Qriqoryanın bu sözləri vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu, o qədər də vacib məsələ deyil".
Politoloq həmçinin sərhəd məsələsində yenidən problem yaranmasının, silahlı münaqişənin başlanmasının Ermənistanda müəyyən kütlə tərəfindən arzuolunan olduğunu bildirib:
"Kəlbəcərdə Söyüdlü qızıl yatağı, Laçın istiqamətində sərhədin müəyyənləşdirilməsi beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaq. Azərbaycan bir qarış ərazi belə Ermənistana güzəştə getməyəcək"
Qeyd edək ki, hazırda Söyüdlü qızıl mədənində Azərbaycan ordusunun 3, ermənilərin 1 postu var. Mədəndən çıxarılan 1 ton filizin tərkibində minimum 0.8 qram qızıl olur.
Nərmin Məcidli