Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.
XəzərXəbər-in məlumatına görə, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.
Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.
Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.