Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, bu məlumat doğru deyil.
Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.
Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.